Söylə, bu səadət deyilmi...
Könlüm darıxanda çatırsan dada,Az qala özünü atırsan oda.Qoymursan qərq olum fırtınalarda,Söylə, bu səadət deyilmi, gülüm?!
Yoxuşlu yolları qoşa qalxırıq,Dönürük qanadlı quşa, qalxırıq.Nə ürək təngiyir, nə darıxırıq,Söylə, bu səadət deyilmi, gülüm?!
İçirik yarpızlı bulaqlardan biz,Bir sərinlik tapır təşnə qəlbimiz.Torpağa salırıq yenə təzə iz,Söylə, bu səadət deyilmi, gülüm?!
Bir el məclisində əzizlənirdik,Biz də danışırıq, biz də dinirik.Təpədən-dırnağa şerə dönürük,Söylə, bu səadət deyilmi, gülüm?!
Bir dost gəlişindən ev işıqlanır,Sanki otaq boyu qəndillər yanır.Həsrət gözümüzə bir sevinc qonur,Söylə, bu səadət deyilmi, gülüm?!
Bəzən ötən günü yada salırıq,Buludtək gah dolur, gah boşalırıq.Şirin xəyallarla tək də qalırıq,Söylə, bu səadət deyilmi, gülüm?!
Ünvanımız da bir, arzumuz da bir,Ocağımız da bir, közümüz də bir.Payızımız da bir, yazımız da bir,Söylə, bu səadət deyilmi, gülüm?!
Ümidsiz olmadıq bu yer üzündə,Bizdə inam da var, bizdə dözüm dəÜmiddir yelkəni ömrümüzün də,Söylə, bu səadət deyilmi, gülüm?!
Gedirik, yenə də yollardayıq biz,Ürəyin barıdır hər doğulan söz.Vətən torpağıdır ilham çeşməmiz,Söylə, bu səadət deyilmi, gülüm?!
Bir el məclisində əzizlənirik,Biz də danışırıq, biz də dinirik.Təpədən-dırnağa şerə dönürük,Söylə, bu səadət deyilmi, gülüm?!
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-soyle-bu-seadet-deyilmi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Rövzəxanın şikayətiKöhnəlik dövrü keçib, tazə hava tapmalıyıq,Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
SındırarMaymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,