Səni gördüm, üzüm güldü, xoş gördük,Səni gördüm, xoşbəxt oldum bu axşam.Yüngülləşdi çiynimdəki ağır yükSönüb getmiş gözlərimdə yandı şam.

Bayram oldu ürəyimdə, evimdəSəni gördüm, yollar əlvan geyindi.Nağıllardan qaçıb gəlmiş divin dəQarşısında çəkinmərəm mən indi.

Səni gördüm, dünya tamam dəyişdiƏdalət var, səxavət var dünyada.Səni gördüm, ürəyimə od düşdüMəhəbbət var, məhəbbət var dünyada.

Səni gördüm, göyə baxdım, güldü göy,Çölə baxdım, çiçək açdı dağ, dərə.Doğmam mənim, sənin üçün mən ögeyHərdən görün, zülm eləmə çöllərə.

Səni gördüm bahar gəldi cahanaSəni gördüm dünya əlvan boyandı.Əfsanələr dirildi, gəldi canaLeyli-Məcnun yuxusundan oyandı.

Leyli gördüm mən bu gün bu ölkədəYaxa cırdım, sinə gərdim bu dağa.Mən Məcnundan bərk sevirəm bəlkə dəVaxtım yoxdu mənim dəli olmağa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets