Ömür
Ömür,bir üzü gecə,bir üzü gündüzdü.Şair ömründəngecələri çıx.Şair gecələrindəİşıq olanda işıq yanır,işıq olmayandaÖz fikirlərinin işığındadolanır.Şair ömrügecəli-gündüzlü olmur.Əsl şairlərona görəikiüzlü olmur.Nə yazsa, düzdü.Öz inamına görətənqidlərə,təriflərəRəsul Rza dözdü.Ən çox özünə,bir də şerinəərk eləyən Rəsul Rza.Hamıdan çox döyülən,hamıdan çox bərkiyənRəsul Rza.Dedilər: Vəzni pozdu.O bir şeir də yazdı.Dedilər: Şerinin bəzəyi azdı.O bir şeir də yazdı.Dedilər: Dayazdı.O bir şeir də yazdı.Dedilər biz anlayırıq,Amma xalq üçünanlaşılmazdı.O bir şeir də yazdı.Yazdı, yazdı, yazdı.Amma öz aramızdı,O vaxt sözümüzə baxsaydı,İndi Rəsul Rza olmazdı!
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-omur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Namərd ilə şirin şərbət içməkdənMərd ilə içməyə ağu yaxşıdır.
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Şol mübarək zatına işim sənadır, ya nəbiŞol mübarək zatına işim sənadır, ya nəbi,Asilik bimarına adın şəfadır, ya nəbi.