Dözürük
Bu gün səni gördümBütün dünya dəyişdi.Saçlarında dəni gördüm,Saçlarıma dən düşdü.
Bizimki də ömür deyil,Elə bil ki, döyüşdü.Özümüzlə döyüşürükÖzümüzü üzürük.Ayrılığı yaradırıq,Əzabına dözürük.
Adamların arasındaGörüşürük yad kimi.Adın yanır ürəyimdəAlov kimi, od kimi.Oğrun-oğrun baxışlarınYandırır fəryad kimiİki şamıq bir atəşəYana-yana gəzirik.Ayrılığı yaradırıq,Əzabına dözürük.
Anlar keçib günə dönür,Günlər ilə dönürlər.Qönçələr də pardaqlanırQızılgülə dönürlər.Bizim kimi yaxın olanDağlar, daşlar dinirlər.
Biz bir toyda iki yasıqVay-şüvənik, hüzünük.Ayrılığı yaradırıqƏzabına dözürük.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-dozuruk
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Didilər bu əcəb insan mudur ki,Ya adəm ṣurətində can mudur ki
GərəkDünyadə gözəllər dəvasın qılanDegil, ona necə yar olmaq gərək?
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,