Qazağa
Səyyah idim, dolanırdım dünyanı,Mürği-ruhum etdi cövlan Qazağa.Axtarırdım, bulum yaxşı, yamanı,Neçə gündə gəldim pünhan Qazağa.
Əyləşdim məxvidə, mən oldum xamuş,Azca gedişata yetirirdim huş.Baxın, a yoldaşlar, olun fəramuş,Gör necə yaraşır dastan Qazağa.
Şagirdlərin səsi, qızlar dəstəsi,Bir-biriynən eylər müəllimlər bəhsi.Uzaqdan baxanın gəlir həvəsi,Görməyənlər qalıb heyran Qazağa.
...Götürüb nazimlər desin kalamı,Gözəl elm oxumuş, anlamış hamı.Bir işrətli gündür Mayın bayramı,Çağrılıb aşıqlar mehman Qazağa.
Çəməngahlı məclis – nə gözəl işrət!Baxanın qəlbində qalmaz küdurət.Alınsın nəzərə, çəkməsin həsrət,Gəlibdi bu Novrəs İman Qazağa.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-qazaga
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Üçillik yubileyinə ithaf*Üç yaşın mübarək, ordu qəzetim!
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
YamandırBadi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır