Nə küçələr,nə yarpaqlarındagilə-gilə yağış puçurlarıağaclar.Yumşaq gecələrdağınıq saçlargeridə qaldı.Yuxulu ala gözlər,yanıqlı duzlu sözlər,mehriban üzlərgeridə qaldı.

Qəfəsdə sarı bülbülünfəryadı,ilk görüşün,körpə ümidin dadı,ağ göyərçinlərintitrək qanadıgeridə qaldı.

Yağış mənimlə gedir,yumru, uzunsov damcılarlaqonub qatar pəncərəsinə.Qulaq asıram qatar təkərlərininyeknəsəq səsinə.Arxada qalır taqqıltılar.Sanki,ömür damcı-damcı düşürqayıtmazlığa.Günlər gedirçoxluqdan azlığa.Nə yaxşı ki, xatırlamalıgünlər, saatlar var.Nə yaxşı ki, bir səbəb yoxdurbaxışlarımı gizləyəm.Yol gedirəm bu gündən sabaha.Geridə qalanlarım da var,gələcəyə qalanlarım da.Nə qəm!Yaşayıram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets