Olsun
Bir gözəl istərəm bu əvsafda,Gözəllər içində xubtər olsun.Qaşı qövsi-qüzəh, kirpiyi xunriz,Gözləri nərgis tək xoş nəzər olsun.
Telləri xurmayı, zülfü siyahı,Cəmalı məhv edər şəms ilə mahı,Gərdəni çəkilmiş sanki sürahi,Mələk xuyunda sərbəsər olsun.
Cəbhəsi müdəvvər bədr tək bəyaz,Cəfasında işvə, səfasında naz,Canlar almağa baxa çəp-əndaz,Cəllad-i xunfəşan əlhəzər olsun.
Yekağı ənnabi, buxağı həbab,Teli çöhrəsində edə iztirab,Sib-zənəx, püstə-dəhən, ləli-nab,Nəfəsi gül kimi müşk-ənbər olsun.
Sinəsi ağ ola, üzü meydanlı,Qübbə tək məmələr zər-girivanlı,
Beli nazik ola, saqrısı canlı,Qədd-ü qamət sərv-sənubər olsun.
Sümükləri xırda, əndamı sadə,Əl-ayağı bənzər ola şümşadə,Ələ düşsə bir beləsi dünyada,O kəsin iqbalı sərasər olsun.
Yaşı on dörd ola, danışan əhval,Söhbətində huşmənd və pür-kamal,Yaşadıqca gözəllikdə bizəval,Əvvəl-axır hüsnü bərabər olsun.
Ləhcəsi ahəstə, üzü xoş gülən,Nükdəşinası əhli-kamal, dərd bilən,Aşina olmaya ona hər gələn,Əhd-ü iqrarında mötəbər olsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/malibeyli-qurban-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Gecə keçdi, dur ayağa, rəxt ü xabın vəqtidir,Tövbə istiğfara gəl indi səvabın vəqtidir
Təcnis: Məcnun olub səhralara düşmüşəmMəcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,
Təcnis: Gözəl olan verir üzünə bəzəkGözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,
Şöbədeyi-sərapaBir gözəlin vəsfindən bu zamanDanışam, dirəm, söylərəm xitab,
Poems by other poets
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Dün o gözəllərdəDün o gözlərdə inliyən sevgi,O baxışlarda titrəyən xülya,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,