Xəzər köksümdədir
Xəzər köksümdədir,fırtınası, tufanıyla.Xəzər köksümdədirneçə əfsanəsi,nağılı, dastanıyla.Hər dalğası elə bil ağ mayadır,karvandan üzülüb,ümmandan üzülüb,sahilə gəlir.Axı, ovsarını qıranlarHəmişə belə gəlir...Xəzər köksümdədir,qızılı qumu,yalçın qayasıyla.Gündüz od ələyən günəşi,gecələr ayparasıyla.Xəzər köksümdədir,sığınıb sinəməəzizlərimdən ən əzizi kimi.Gətirmişəm onu şəhərəötən günlərimdən qalmışgüzgü kimi.Sizi də gətirmişəmey sahil qumu üstündən ayrıldığımdostlar, tanışlar.Axı, Xəzər olmasa,siz olmasanızsinəm boş qalar.Xəzər köksümdədirmavi gözlü,gülər üzlü,duzlu Xəzər.Belə də qalacaqgələn il,sahildəki görüşümüzə qədər.İndi yadınıza sahil düşsə!Xəzər düşsə, məni anın.İndi yadınıza dənizdən doğansəhər düşsə, məni anın.
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-xezer-koksumdedir
Use ← → keys to move, R for a random poem
More by this author
Sən gedəli neçə vaxtdır,Saysam əgər
Nə yaxşı ki, bahar var...Bağda sarı yarpaqlarıHarayasa daşıyır bir qoca
Səmərqənddə bir qız gördümSəmərqənddə bir qız gördüm, adı Mərhəmət,Qaşı qara, gözü qara, özü də duzlu.
Sən, ey sariban...Vətən torpağında lalə dərənlər,Sanın lalə üstdə qara xal məni.
Poems by other poets
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,