Məndən soruşsalar,“Nə olmaq istəyirsən?”Deyərəm: dəniz,Səxavətdə,dəniz olmaq istəyirəm,Təmənnasız, minnətsizHamıya pay verə bilim.Vüsətdə,dəniz olmaq istəyirəm,arzumun sahillərini görə bilim.Xasiyyətdə,dəniz olmaq istəyirəmdalğalı, fırtınalı, coşğun dəniz.Saçlarını qaya daşlarına sərənMəcnun dəniz.Təbiətdə,dəniz olmaq istəyirəmləpələri günəşin tellərindənçələng hörən,dibinin qumları görünən,həlim, mehriban dəniz.Maddə də,cəzrə də tablaşan dəniz.Məhəbbətdə,dəniz olmaq istəyirəmgöy gözlü,səma dərinlikli,Özü sahillinəğməsi sahilsiz.Dəniz olmaq istəyirəm,dəniz...dəniz...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets