Babam deyərdi ki, göyün üzündəHər kəsin özünün bir ulduzu var.Kiminin ulduzu bəxti tək nursuz,Kiminin ulduzu günəş tək yanar.Əlini gözünün üstünə qoyub,Parlaq ulduzları sayardı bir-bir.Sonra barmağını tuşlayıb göyə,Deyərdi: – o ulduz, bala, sənindir.Bütün ulduzlardan işıqlı, böyükSənin ulduzundur, yadında saxla.Başının üstündə yanacaq sənin,İstəsən hər axşam özün də yoxla.Bostanda qalardıq yayda babamla.Axşamlar hey çubuq çəkərdi qoca.Mən də uzanardım öz yatağımda,Baxardım göylərə yuxu tutunca.Yuxuda görərdim bütün çayları,Su basıb dupduru, göz yaşı kimi.Bostanda nə varsa, tağ da, bəhər dəQalıb su altında çay daşı kimi.Mənim ulduzum da düşüb sulara,Onu görən kimi yata bilmirəm.Mən də dizə qədər girmişəm suya,Qaçıram ardınca tuta bilmirəm.Birdən balıq olur, qızıl bir balıq,Üzür öz qızılı şəfəqlərində.Bəzən dalğalarda itir bir anlıq,Qızıl daşlar qalır onun yerində...Səhər oyanardım dan söküləndə,Baxardım çaylağa, haman çaylaqdır.Qızıl şəfəqlər var göyün üzündə,Mənim ulduzumsa yenə də yoxdur.Görərdim tağları çevirir günə,Babam çubuğunu tüstülədərək.– Bu gün də yuxuya qalmısan yenə,Gəl, oğul, gün qızır, gəl köməkləşək.İşlərdik bostanda şər qarışınca,Komaya dönəndə çöl qaralardı.Oturub hey çubuq çəkərdi qoca,Mənim də ulduzum yanar, yanardı...İndi illər keçib,hərdən o günlərGəlib gözlərimdə canlanır bir də.O çaylaq, o koma, o bostan, babam,Bir də ulduzuna baxıb göylərdəSonra da yuxuya gedən bir uşaq...Deyirəm, o illər keçib getdilər,Sanki gördüklərim bir nağıl imiş,Nağıllı dünyaya köçüb getdilər.Fəqət o günlərdən bu vaxta qalanNeçə xatirə var, neçə yadigar.Bir də o ulduzdur, bütün gecəniBaşımın üstündə alışıb yanar...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets