Dünyada körpü çoxdur,Adlısı, adsızı var.Dəmirdən asma körpü,Daşdan hörülmə körpü.Sadəcə taxtadan daKörpü salmış adamlar.Sahilləri, dağlarıKörpülər bilrləşdirir,İnsan yolda qalmasın.Asfalt köynəkli yollar,Daşlı, kəsəkli yollar.Nakam bir ömür kimiYarıda qırılmasın.Körpü əsrlər boyuHəsrət qalan dağların,Dərələrin üstündəBirləşən əlləridir.Körpü dəli çaylarınQılıncıyla bölünmüşBir torpağın qəlbininQovuşan telləridir.Neçə körpü görmüşəmMən də neçə ölkədə.Ekvatordan uzundurKeçdiyim körpülərinUzunluğu bəlkə də.Fəqət bir körpü üstəDayanmışam mən bu gün,On addımdır uzunuBu dəmirli körpünün.Nə gələn var, nə gedən,Üstündə lal baxışlar.Torpağında göylərinGöz yaşından naxışlar.Bir ayağı cənubda,

O biri şimaldadır.Bu qərib görkəmiyləO özü də niskilli,Özü də xəyaldadır.Yəqin düşünür, “görənMəni niyə saldılar...Əgər dəyməyəcəkdiBir də insan ayağı.Niyə mənim sinəməÇəkildi həsrət dağı.Niyə “körpü” sözününMinillik şöhrətinəBelə ləkə vuruldu.Burda bir divar deyil,Niyə körpü quruldu...”Bu körpünün taleyiElə bil ki sındırdıQolumu, qanadımı.Mən geriyə qayıtdımGəldiyim beş addımı.Ümid dolu qəlbimiYenidən kədər aldı.O körpünün üstündəYolum yarıda qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets