Yaxşı deyib aşıq Cuma:“Dost bir olar, ya da iki”,Aşıq, mən də bu dünyadaDost gəzirəm sənin təki.

Dost istərəm arif ola,Qəlbi güldən zərif ola.O, dərdimdə vaqif olaSirr olmaya qəlbindəki.

Qınamayın məni nahaq,Söyləmişlər məndən qabaq,Çətin işdir dost saxlamaq,Mən o dostu tapım təki!

Yüz illərdir yanıb Kərəm,Unutmamış onu aləm.Dost içində dost gəzirəmBelə ola əsli, kökü.

Hər baxanda sağ-soluma,Düşür yada aşıq Cuma.Hər adamdan dostluq umma,“Dost bir olar, ya da iki”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets