Marselin taleyi
Praqada tanış olduq,adını xəbər aldım– Marsel, – dedi.– Fransadan gəlmisən yəqin?– Yox, Əlcəzairdən.Bu nədir!Şəhər başıma fırlandı elə bil“Əlcəzairli Marsel!”Əlimi çəkib əlindən,qəzəbləndim, düzü.Düşündüm, nə Əhmədsən, nə də Həsən,niyə axı Marselsən?Sonra da ürəyim yandı halına.Bəlkə də xoş gəlməkçin ağalarınaatan qəsdən qoymuş sənə bu adı.Axı siz olmasaydınızAfrika boyunduruq altında qalmazdı!Dəyməzdi Əlcəzairə gəlmələrin ayağı da,Parçalanmazdı tala-talaAfrika torpağı da ...Axı sən Marsel,anan Fransua,atan Şarlolmasaydı əgər,Kimə sığınardı qürbət bir ölkədəəli silahlı gəlmələr!Titrək dodaqlarındaacı bir təbəssüm,başını əyib aşağı– Atam Əhməddir,anam Gülsüm.Marsel olsa da adım,Əlcəzairliyəm özüm.Qarışdı söhbətəMərakeşli Məhəmməd,qıvrım saçlarında günəşin qoxusu.Qara gözlərində odlu bir məhəbbət.Qalın dodaqlarını büzərəkbir Marselə baxdı,bir mənə.– Yox! – dedi –ərəb demək olmaz sənə!Yox, qardaşım,incimə, sən,bəlkə Əlcəzairdə doğulmuş bir gəlməsən!
Saçın sapsarı,gözlərin gömgöy,özün firəngcə danışırsan.Haran ərəbə oxşayır, qardaş,Haran?!İki kəlmə ərəbcə danış,sonra qılıncını çəklap boynumu vur...Afrikada belələri azmı:Şərqdə doğulur,Şərqdə yaşayır,dar ayaqdagəlmələrlə bir yerdə silah daşıyır.İncimə məndən, Marsel,əlcəzairlisən,bunu danmıram.Ancaq ərəb olmağınainanmıram!Axı az görməmişəm,Afrika sizinlə doludur.“Afrikalıyam” deyib,sonra boğazımızda bir şahmar olur.Suyumuzu içib,çörəyimizi yeyir.Danışanda da üzümüzə“vəhşi” deyir.Hələ apardıqları sərvətqalsın bir yana.Heyvan kimi baxırlarəlinin zəhməti,alnının təriləyaşadıqları insana.İncimə məndən, Marsel,incimə!Sən əlcəzairlisən,buna sözüm yox.Fəqətağacı içindən yeyən qurdlarıgörməyə gözüm yox!Mən ərəbəm!Dediklərim həqiqətdir,acı olsa da,danışmaya bilmərəm.Özümü, nəslimi danan,Afrikanı parça-parça udubnallı çəkmələrilə sinəmin üstündə dayanancənablar,bağışlaya bilmərəm!..Marsel tutuldu bulud kimi,elə bil daha da saraldı yanaqları.Məhəmmədin zərbələrindənəzilən bədənini,saxlaya bilmədi ayaqları.Yanındakı daşa çökübəllərilə örtdü üzünü.Düşündüm,bu ittihamlardanMarsel necə qurtaracaq özünü!Bəlkə təslim əlamətidir elə bu hal?Axı indi nə zəncir var,nə qandal.Üz-üzə dayanmışbir ərəblə bir gəlmə.Marsel susurdu,danışmırdı bir kəlmə...Birdən başını qaldırıbdolmuş gözləriləbir Məhəmmədə baxdı, bir mənə:– Doğrudur! – deyə, bağırdı.–Doğrudur, haqq verirəm sənə!Mən də duymuşam bu həqiqəti.Duymuşam çoxdan,neçə illər qabaq.Fəqət taleyimə bax!
Bir zaman qurğuşunlayadlara dediyim bu sözləri,indi sən,Məhəmməd, mənim özümə deyirsən!Aldanıb adıma, saçlarımın sarısına,sən söz dağı çəkdinqəlbimin xəncər yarasına.Yox, qınamıram səni, Məhəmməd,qınamıram.Gör necə talesiz olurmuş adam...”“...Əlcəzairdə doğulmuşam,ərəb olmuş atam, anam.Mən özüm də bir ərəbəm,damarımda ərəb qanı.Bu dünyaya gələn gündənmən ərəbcə çağırmışam öz anamı.O zaman ki, mən torpağa qədəm basdım,mən Gülsümün laylasına qulaq asdım.Afrikanın havasıyla doldu sinəm.Fəqət buna öyünmürəm.Afrikada doğulanaaxı bunlar adi haldır.Düşünürəm bəlkə eləgözlərimdə o göylərin,saçlarımda boz torpağınrəngi qaldı...Anam öldü,saçlarıma əl çəkməmiş,gözləriməqara keçən həyatınıngünlərindən rəng çəkməmiş.Anam öldü...Mən uşaqdım,hiss etmədim bu ağrını,Damarımda onun qanı,dodağında onun südü,anam öldü.
Yetim qaldım.Gəlmələrdən təlim aldım.Dayəm qoca fransızdı,dilimi də o açmışdır.O mənimlə Gülsümümün dilində yox,öz dilində danışmışdır.Uşaq idim,dərk etmədim bu dərdi də.Mən nə bilim, mən nə bilim,Gülsümümün köksündəymişmənim doğma ana dilim...Mən böyüdüm, mən danışdım.Kolleci də qurtarandabu ağrını duymamışdım...Sonra Paris aldı məni...Tərk edəndə mən vətəni –ağladım da.Soruşmayın niyə, neçin?Fəqət, fəqət dayəm üçün.Paris doğma gəldi mənə,Axı hələ uşaqlıqdan öyrənmişdimo ölkənin qaydasına, adətinə.Adım Marsel!Gözlərim göy,rəngim sarı.Məni firəng çağırandabir gün ərəb uşaqlarıelə bil ki, mən ayıldım,bir ömürlük röyalardan.Ax, necə də dəhşətlidirkimliyini dərk etməsəəgər insan!Mən ərəbəm, adım Marsel?!Görən hardan gəlmiş bu ad?!Elə bil ki, birdən-birəadım mənə göründü yad.Mən ərəbəm!
İnanırdım özümə mən!Bəs nə imiş əsl adım?Gülsüm verən, Əhməd verəndoğma adım!Mən Gülsümü görməmişəm,necə oldu Əhməddən də soruşmadım?!İndi kim var alım xəbər?İyirmi il bilmədiyim öz adımıkimlər mənə söyləsinlər?!Elə bil ki, bir səs gəldiürəyimin lap içindən.Qulaq asdım o səsə mən.Qulaq asdım,o səs deyir:“Anla, Marsel,bu ad, bu dil sənin deyil,dayənindir...”Mən qayıtdım doğma yurda,azadlığın cəbhəsində əsgər oldum,Mən qovuşdumöz xalqımla, öz elimlə.Silah alıb mən vuruşdumGəlmələrlə,bu adımla, bu dilimlə.Mən vuruşdum...Nə təngidim, nə yoruldum.Səngərlərdə yaralandım.əsir düşdüm,məhbus oldum.Məhbəsdə də mən vuruşdum,nə təngidim, nə yoruldum...Vətənimlə birgə çıxdım azadlığa.Fəqət indi sən toxundunsinəmdəki bu yaraya,göz bağlamış köhnə dağa...Mən ərəbəm!atam Əhməd,anam Gülsüm!Mən ərəbəm!İnanıram buna özüm.Adım Marsel,gözlərim göy,saçım sarı!Nə zamandır unutmuşammən bunları.Damarlarda al qanımla,bütün hissim, həyəcanımlaürəyimlə mən ərəbəm!İnamımla,düşüncəmlə,diləyimlə mən ərəbəm!Mən ərəbəm!!.”Marsel susdu...Biz durmuşduq heykəl kimi,Məhəmmədə nəzər saldım,O dinmədi.Mən Marseli seyr elədim,o susurdu.Birdən mənə elə gəldi,Marsel tamam qapqaradır Məhəmməd təkMəhəmməd də saralmışdı Marsel kimiÜçümüz də dayanmışdıq,dayanmışdıq heykəl kimi.
Praqa, 1963
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-marselin-taleyi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Döndü murad üzrə fələkDövran bizimdir bu gecə
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
KönülDərdli könül, söylə nə ahü-zardır,Coşğun dəniz kimi üsyan eylərsən.
Viran olu könlüm evi viranə görəndəViran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.