Hüsnün tamaşadı, ay mina gərdən,Camalın şövqünə ay nişanədi.Aşıqsız, çalğısız, meysiz, məzəsiz,Sən olan məclisə toy nişanədi.

Mətləbim şirindi dillərin kimi,Təbim çox nazikdi əllərin kimi.Könlüm pərişandı tellərin kimi,Qaşların tağına yay nişanədi.

Bayraməli dərdi pünhanda çəkər,Hökmünlə qapında işlərəm nökər.İnsafın, mürvətin yoxdumu məgər?Gözlərim yaşına çay nişanədi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets