Oxumaqla bülbül olmaz sərçələr,Budaq kölgəsində daldalansa da.Aslanın öz adı, öz hünəri var,Tülkülər yekəlib lovğalansa da.

Yüz də qürrələnsə, tox dura bilməz,Elə gərdən çəkib, şax dura bilməz,İtirər ağlını, çox dura bilməz,Qartal qayasına qarğa qonsa da.

Bayraməli, batma qəm dəryasında,Gədanı görsən də bəy libasında.Hər kəsin adı var el arasında,Nadanlar arifi naşı sansa da.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice