Dürüst dər məni
Ey şahi zülfüqar, Düldüləsüvar,Səndədir dərdimin dürüst-dərməni.Hicran bağçasında xub yetişmişəm,Dərmək istəyirsən dürüst dər məni.
Qanana qul, qanmayana yamanam,Baxtı qara ya dostumdu, ya mənəm.Sərrafın dəstində yaqut, yamənəm,Zərgər zərə tutar dürüstdər məni.
Aşıq Hüseyn sözün deyər bu dağa,Oxu dərsin əzəl başdan bu dağa.Müxənnəsin təpəsindən buda, ağa,Onlardan yaxşıdı dürüst erməni.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-huseyn-semkirli-durust-der-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,