Nəs gündə yaranan nəs günə düşər,Nəs gedər dünyadan nəs aqi bilər.Ömür başa yetsə vaxtın ötürməz,Nə xəstə sağalar, nə saqi bilər.

Bağ pozulsa, bağban nara hey yanar,Ağlar, fəğan çəkər, nara hey yanar,Günahkar kimsənə nara hey yanar,Nə kövsəri görər, nə saqi bilər.

Hüseyn, əhvalını yara deginən,Təbib yoxdur yara-yara deginən,Gəlməsə sağalmaz yara deginən,Özü eylədiyi nasağı bilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets