Yol üstündə duran gözəl,Söylə görüm, haralısan?Yaranıbsan bir qətrədən,Hansı yerin maralısan?

Yaradıb Cabbarü Cəlil,Bədnəzəri olsun zəlil!Nə baxırsan məlul-məlul,Yoxsa yardan yaralısan?

Əsəd deyir, intizaram,Açılmış güllərin dərəm.Hər gün sənlə seyrə varam,Heyif, bizdən aralısan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets