Tellərin
Gözəl səndə nə qaydadır,Salıbsan yana tellərin.Görəni candan eyləyir,Bir qoy pünhana tellərin.
Getmə dayan sən bir Allah,Görən desin a maşallah.Qiymət qoyan olmaz vallah,Getsə hər yana tellərin.
Əsədəm oda yanıram,Görcək candan usanıram,Sərrafıyam mən tanıram,Verməm İranə tellərin.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-esed-tellerin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dərdimi
Ey ağalar, gəlin sizə tərif eyliyem,Elə bir kimsəm yox, bilə dərdimi,
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.