Sevirəm
Mən də bir insanam, mən də canlıyam,Mənim də qəlbimin arzuları var.Deyirlər arabir dəliqanlıyam.Çox da deyinməsin dalımca əğyar!Mənim də qəlbiınin arzuları var...Mən səni sevmədim "o gözlər" deyə,Gözümdən od kimi yaşlar tökmədim.Mən sənə vermədim qızıl hədiyyə,Çünki yalvarmadım və diz çökmədim;Gözümdən od kimi yaşlar tökmədim.Sən Xumar deyilsən, mən də ki, Sənan,Bugünkü sevginin başqadır andı.Nə Məcnun, nə Leyli, nə də biyabanQalmamış, onların adı yaşandı;Bu günkü sevginin başqadır andı.Qoy bizə gülməsin nə dost, nə də yad,Ehtiyatlı danış, ehtiyatlı dur!..Nə qədər mən sağam, get dolan azad!Fəqət sevgilimdən xahişim budur:Ehtiyatlı danış! Ehtiyatlı dur!..Haydı, insanlara qaynayıb qarışQalma bu dünyada həyatdan iraq!İstəsən aləmi gəz qarış-qarış,Xain adamları tez görüb buraq,Qalma bu dünyada həyatdan iraq!Hüsnünü örtməsin nə pərdə, nə rəng –Ay kimi saf dolan, gün kimi açıq.Keçmişin üstünə qələm çəkərək,Vuruş meydanında vuruşmağa çıx,Ay kimi saf dolan, gün kimi açıq!Bu son sozlərimi qulağından as!Dünyada, hər günün bir hökmü vardır.Vaxtını almasın nə toy, nə də yas,Gurlayan səsinlə "irəli!" hayqır;Dünyada hər günün bir hökmü vardır.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-sevirem
Use ← → keys to move, R for a random poem
More by this author
thumb|right|Audio versiyaAzərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Cavanlara xitabMənim düşkün könlüm sizdən eləyirBu fərz olan təmənnanı, cavanlar.
Maydan…Haman sənə məhəl-məmuriyyətim olan Köçəsgər kəndindən 180 rübləyə bir maydan at almşam. Bu qiymətə həqiqətən layiq idi öz rahat yerişi ilə. Pis və mənfi xasiyyətlərindən birisi də bu idi: daim qaçıb kəndin bağ-bostan və pambığını tələf edirdi. Kəndçilər də deyirdi: — A müəllim, atını qoyma!A müəllim, atını qoyma!
GöygölQucağında bir vaxt bəslədi sizi,Görmədi sizləri vəfalı Göygöl.