Boyun da var, buxunun da, pis də deyil vəzifən,Ağız dolu bircə dəfə danışmadın yenə sən.Mıs-mıs deyib dayanırsan hər kəlməni yeyərək,Hər bir sözü hissə-hissə, uda-uda deyərək.Sən özünü ağır təblə göstərirsən nəzərə,Yüz sözündən bir söz belə anlamadıq bir kərə.Nə yazıqsan, doğrudan da gülməlisən, zavallı,Məncə, ölüm şərəflidir, yaşamaqdan bu hallı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets