Sevə bilərimsə...
Ancaq məhəbbətçün yaranmışam mən,Alammaz əlimdən bu haqqı kimsə.Xoşbəxtəm,küsmərəm öz taleyimdən,Əgər sevirəmsə...sevilirəmsə...
Məhəbbət - amalım, arzularımdır,Ona kainatım, cahanım deyim.Mənim dövlətimdir, mənim varımdırBütün varlığımla sevə bilməyim.Sevə bilirəmsə, əgər ürəkdənDünyanın ən gözəl adamıyam mən.
Səni sevirəmsə, sevirəm deməkHəyatı,dünyanı,yoxdur düşmənim...Əgər sevirəmsə - qəlbim aynatəkŞəffafdır,həssasdır,kövrəkdir mənim...Bu könül aynama gülümsəyərək,Göylər də,yerlər dəəks olur həmən.Sevirəm,sevirəm,sevirəm,demək,Bütöv bir aləməm, kainatam mən.
Mən ki, kainatam, aləməm, nə qəm,Ayım da,Günüm də,Ulduzum da var.Həm zülmət,həm də ki,aydınlıq gecəm,Həm açıq,həm tutqungündüzüm də var.De məndən varlısı dünyada varmı?Sevən də özünü yoxsul sanarmı?
Mənim öz eşqimin öz ulduzlarıDağıdır, könlümə nur, qucaq-qucaq...Axı, bu sərvəti, dövləti, varıMəhəbbət bəxş edir insana ancaq.Bəli, ilk insanla həmyaşam artıq,Bilmirəm aydayam, ya gündəyəm mən.Zamandan, məkandan çıxmışam artıq,Dünyəvi aləmin fövqündəyəm mən.Öz böyük eşqimlə fəzadayam mən.Məni endirməyin yerə, amandır.Dünya çox kiçikdir məhəbbətimdən,Hər arzum bir cahan, bir asimandır.Verir arzularım göydə səs-səsə,Deməyin yerdə uç, yer bəs deyilmi?Yanan bir ürəyə, sevən bir kəsəAsiman özü də qəfəs deyilmi?Sevə bilirəmsə, əgər ürəkdənDünyanın ən yaxşı adamıyam mən!
Dekabr 1964
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-seve-bilerimse
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Könül cövrünə qatlanmaz, gedəlim bari şəhrindən,Ana səbrü xirəd yuməz, gedəlim bari şəhrindən.
AğlaramBir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Eylər-eylərAy camaat, xəstə düşüb ölürəm,Dərdimə dərmanı yar eylər-eylər.