Döşünə döyərdi o kürsülərdə,Əliylə sinəsi əlbəyaxaydı.İş vaxtı üzünü görməsələr də,Gərək hər iclasda səsi çıxaydı.

Bir gün o çıxmadı söz güləşinə,Dərdinə nə dərman, nə kömək oldu.Dedilər, o qədər döydü döşünə,Axırda ürəyi döyənək oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets