Oğlum gözlərini dikib güzgüyə,Şövq ilə darayır şəvə telləri.Mən də ağ saçımı görməyim deyə,Güzgüyə baxmıram illərdən bəri.

Onun şax qaməti ucalığımdır,Mən rişə, o mənim yaşıl budağım.Güzgüdə görürəm qocalığımdır,Oğlumda gördüyüm cavanlıq çağım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets