Görüm ömrü uzun olsun Pərimin,Heç dəymədi könlümüzün pərinə.Gözəllikdə bərabəri tapılmaz,Mahruyluqda1 huri nədi, pəri nə?

Əvvəlcədən oxuduğum yazardım,Gəzməmişdən qədəmimi azardım,Bir dəryanın kənarmda gəzərdim,Yarın şövqü məni atdı dərinə.

Gözəllərdə nazü-qəmzə, şux olu,Seyrağıblar bu aradan yox olu,Qurbani der: gözəl deyən çox olu,Mahın yerdə yetmək olmaz sirinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets