Məcnuni-həzin eşitdi sövgənd,
Gördü onu şe'rə arizumənd,

Təfsili-qəminə verdi icmal,
Qıldı ona ərzi-surəti-hal:

"K'ey səbzeyi-dərdimə verən ab!
Sərrişteyi-razdan açan tab!

Sorma necə keçdi ruzigarın,
Eşq içrə nə oldu hali-zarın?

Düdar qəminmi söyləyim, ah,
Ya pəndi-mühibbü tə'ni-bədxah?

Çəkdim neçə gün cəfayi-məktəb,
Hər ruz məşəqqət ilə ta şəb.

Axır ki, çox oldu tə'ni-əğyar,
Ayrıldı məni-şikəstədən yar.

Faş oldu çü aləmə fəsanəm,
Tədbirimə düşdü atəm, anəm.

Gəh dəğdəğeyi-təbib gördüm,
Gəh sə'y ilə Kə'bəyə yügürdüm.

Açılmadı hiç babdən bab,
Tədbirimə aciz oldu əhbab.

Gah Növfələ eylədim təzərrö',
Feyzində bulunmadı təvəqqö'.

Geh İbni Səlama yar olub yar,
Verdi dili-mübtəlaya azar.

Gəh Zeyd pəyamına inandım,
Hər və'd ki, verdi doğru sandım.

Ümmid ilə ömrüm oldu zaye,
Halım betər etdi zə'fi-tale.

Əlqissə, vücudum oldu bərbad,
Bir ləhzə fələkdən olmadıra şad".

Könlünə qılıb fəraq tə'sir,
Bir türfə qəzəl həm etdi təqrir:

Qəzəl

Ah kim, bir dəm fələk rə'yimcə dövran etm’di,
Vəsl dərmanilə dəf i-dərdi-hicran etmədi.

Yardan min dərdi-dil çəkdim, bu həm bir dərd kim,
Biluin dərdi-dilim, bir dərdə dərman etmədi.

Vadiyi-qürbətdə can verdim, məni ol şahi-hüsn
Bir gecə xani-vüsalı üzrə mehman etmədi.

Dustlar, çaki-giribanım görüb eyb eyləmən,
K'ol kim gördü kim, çaki-giriban etmədi?

Fəqr mülkün tut, gər istərsən kəmali-səltənət
Kim, mülkün fəthini fəğfurü xaqan etmədi.

Tiği - bidad ilə hər dəra qanımı tökmək nədir?
Ey fələk, hər kim dəm urdu eşqdən, qan etmədi.

Əhdü peyman etdi yarım kim: "Səne yarəm", vəli,
Yarlıq vəqti vəfayi-əhdü peyman etmədi.

Əql meydanını zindani-bəla bilməz hənuz,
Kim ki, bir müddət cünun mülkünü seyran etmədi.

Sirri-eşqin etmədi ancaq Füzuli aşikar,
Bu mübarək işi hər kim etdi, pünhan etmədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love