Bu, Leylinin naqəyə ərzi-razıdır və zəbani-hal ilə izhari-niyazıdır
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
Çün naqədə gördü nəş'əyi-hal,Qıldı ona həm bəyani-əhval:
"K'ey qaliyəmuyü ənbərinbuy,Gülçöhrəvü xar-xar, xoşxuy!
Ey başı açıq, ayağı yalın,Bulmuş neçə gəz hərəm vüsalın.
Sövdazədə nişədir dimağın?Köksündə nədir bu əski dağın?
Kimdən sənə yetdi zülmü bidad,Hər ləhzə nədir fəğanü fəryad?
Üşşaq təriqidir təriqin,Gər aşiq isən, mənəm rəfiqin.
Nalan qəmi-eşqi-yardansan,Sən dəxi bizim qatardansan.
Mən kimi yox əidə ixtiyarın,Bir özgə əlindədir məharın.
Çün düşdü səninlə ittifaqım,Rəhm eylə mənə, gör iştiyaqım.
Lütf eylə, binayi-kari-xeyr et,Məcnunum olan diyara seyr et!
Bu şiftəyi yetir ol ayə,Bu dərdi yetişdir ol dəvayə".
Nagah, gedərdi, oldu bihuş,Mütləq Özün eylədi fəramuş.
Bihuşluğunda düşdü ol nur,Həmrahı olan güruhdən dur.
Ol növ idi zülməti-şəbi-tarKim, olmadı sariban xəbərdar.
Çün gəldi özünə ol pərivəş,Oldu bu qəziyyədən müşəvvəş.
Göz açdı, özünü gördü itmiş,Həmrahı buraxmış onu, getmiş.
Dərd üzrə müzaəf oldu dərdi,Təprətdi həyuni-rəhnəvərdi.
Çox cəhd ilə eylədi təkapu,Çox yol arayıb yügürdü hər su.
Nə rah, nə rahibər bulundu,Nə qafilədən əsər bulundu.
Tənha yürür oldu ol səmənbər,Zülmətdə misali-mahi-ənvər.
Çün seydi-fələkdə Leyliyi-mahŞəb qafiləyi itirdi, nagah
Leyli sifətində gün çıxıb fərd,Cəmmazəyə çəkdi məhmili-zərd.
Düşdü güzər ol səmənüzarə,Məcnuni-həzin olan diyarə.
Hər yan nigəran gəzərdi ol mah,Bir şəxsi-həzin göründü nagah,
Sormağa əlameyi-mənazil,Ol şəxsi-həzinə oldu mayil.
Lütf ilə təkəmmül etdi ağaz:"Kimsən?" - deyibən yetirdi avaz.
Baş qaldırıb ol əsiri-məhzun,Döndərdi cəvab ona ki: "Məcnun!"
Leyli dedi: "Ey özünə məğrur,Haşa deyə əjdəha sözün mur!
Haşa deyə zağ, bülbüləm mən,Ya laf ura xar kim, güləm mən!"
Məcnun dedi: - "Ey düri-yeganə,Məcnuna bilirmisən nişanə?
Ol şiftənin nədir nişanı,Gördükdə nədən bilirsən anı?"
Leyli dedi: "Ol pəriliqadır,Rüxsarlə qəddi dilrübadır.
Sən şiftəsən, əsiri-matəm,Rüxsarı şikəstə, qaməti xəm.
Sən xarsan, ol əzizi-aləm,Sən bisərü pasan, ol müəzzəm."
Məcnun dedi: "Əhü-eşq olur xar,Hüsn əhlinədir səfa səzavar."
Leyli dedi: "Ey bəhanəpərdaz!Qeydi-dili-zarimə füsunsaz!
Peykər, tutalım töküldü qəmdən,Ya qamətin oldu xəm sitəmdən.
Məcnunu deyərlər əhli-idrak,Əş'an lətiffi ləhcəsi pak.
Səndə qanı ol ədayi-dilsuz,Əş'arü hekayəti-difəfruz?"
Məcnun dedi: "Əhli-hal olur lal,Bəsdir nəmi-əşk şahidi-hal.
Tərtibi-ibarətü fəsahətEşq əhlinədir dəlili-rahət.
Rahətdən olan mənim kimi dur,Gər samit ola degilmi mə'zur?"
Leyli dedi: "Çün sənə şəkim var,Məcnun isən, eylə halın izhar,
Leyliyi sevirsən, eylə bünyadBir şe'r, keçən zamanın et yad!"
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-60
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər,Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,
Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərzSəcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,Səcdeyi insan olub cümleyi-imkanə fərz.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.