Arzum qalxdı zirvələrə quş təki
Arzum qalxdı zirvələrə quş təki,Uçub getdi soraqlaya bilmədim…O yüyürdü, mən yüyürdüm, amma ki,Bir yol onu mən saxlaya bilmədim,
Heç arzumu qabaqlaya bilmədim.Dedim dayan, baxıb güldü o mənə.Dedim-çəkil, o arxamca süründü,Uzaqlaşdım yaxın gəldi o mənə.Yaxınlaşdım necə uzaq göründü,Onu bir yol mən haqlaya bilmədim.Heç arzumu qabaqlaya bilmədim.Adı gəzdi ürəyimdə, dilimdə,Eşqi ilə gecə-gündüz döyüşdüm…Heç bilmədim haçan mənim əlimdənBir sürüşkən balıq kimi sürüşdü.Qaçdı, qaçdı heç saxlaya bilmədim,Heç arzumu qabaqlaya bilmədim.Hərdən qışı, yayı verdi o mənə,Hərdən sarı, hərdən yaşıl göründü.Hərdən fərəh payı verdi o mənə,Üzdən elə bir balaca sevindim.Su az oldu pardaqlaya bilmədim,Heç arzumu qabaqlaya bilmədim.Yoxuş oldu taleyimin yolları,Yüz-yüz adam əmək qoydu üstümə.Dedim xoşbəxt eləyərəm onları,Açdım çətin qayğılara köksümü,Heç bir quşu mən saxlaya bilmədim,Heç arzumu qabaqlaya bilmədim.Çıxdım mavi ümmanların üzünə,Girdim qalın ümidlərin qatına.Dünya yaman yaxşı dəydi gözümə,Mindim kəhər duyğuların atınaFəqət onu yaraqlaya bilmədim,Heç arzumu qabaqlaya bilmədim.Sözlərimdə şəfəq saçmaq arzusu,Gözlərimdə yaxşı görmək istəyi,Qollarımda yaxşı qucmaq arzusuBu dünyanı qucaqlamaq istədimHeç təpəni qucaqlaya bilmədim,Heç arzumu qabaqlaya bilmədim.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-arzum-qalxdi-zirvelere-qus-teki
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir kəs ki bəhs edib gözəlim desəAğ üzündə üç mötəbər xal gərək
Təcnisi-münşəibə: Nə ziyadə xəzrati ha budağNə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?