Sizə güvəndiyim dağlar,Sizə də qar yağdı, qar yağdı…Sizlə öyündüyüm dağlar,Sizə də qar yağdı, qar yağdı…

Sizə güvəndiyim dostlar,O dağların tayı olduz…Söküldü ömrüm üst-üstən,Çox illərim hayıf oldu…

Sizə güvəndiyim saçlar,Siz də ağardınız daha,Bu yollarda qaldım naçar,Kimə mən yalvarım daha…

Sizə güvəndiyim gözlər,Siz də nurdan düşürsünüz.Sizə güvəndiyim sözlər,Məni başa düşürsünüz…

Sizə güvəndiyim əllər,

Gücünüz tükəndi, getdi…Məni məst eləyən dilbər,Xəyal kimi söndü, getdi…

Sənə güvəndiyim anam,Tək qoydun aləmdə məni…Başına döndüyüm anam,Kim oxşar öləndə məni…

Sənə güvəndiyim dünya,Barı, sən qara bürünmə…O dağlar kimi soyuma,O dağlar kimi görünmə…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets