Qaçır…
Heyvan insanlardan qaçır,İnsan heyvanlardan qaçır,Gözəl fikirdən qaçır,Yaxşı yamandan qaçır…
Soruşma ki, nə sirrdir,Çoxu pula əsirdir…Min ildir, min əsirdir,Doğru yalandan qaçır…
Qorxaqlar can bəsləyir,Qəm sevinci izləyir,Pis yaxşını pisləyir,Aqil nadandan qaçır…
Bu aləm möcüzədir,Çox köhnələr təzədir,Qurd qurdla göz gözədir,Əqrəb ilandan qaçır…
Yazdır, aləm haydadır,Dağ selləri çaydadır,Əsl şair qaydadır,Allah olandan qaçır…
Nə çoxdur söz deyənlər,Qızıla mis deyənlər,Həyatı istəyənlər,Ölümdən qandan qaçır…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-qacir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ay ağalar, bəylər, duran qazılar,Bu dərdlər sinəmdən azalarmola?
ای جگرگوشه، کیست دمسازت؟با جگر حرف میزند سازت
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,