Yırtıldı bütün pərdələr,Hamının üzü açıldı…Göründü mərdlər,namərdlər,Qəlblərin pası açıldı.

Bir sürü satqın, avara,Torpağı qoydu qumara,Qaldıq naəlac, biçarə,Bünövrə, özül uçuldu…

Hardadır ərlər-ərənlər,

Namusumuz yad əlində,Şuşanın adı gələndə,Yaramın közü açıldı…

Evimə cəlladlar doldu,Külüm göylərə sovruldu,Tikanın pisi açıldı…

Millətim, alım qadanı,Yetər dost-düşməni tanı,Nəhayət töküldü qanın,Nəhayət gözün açıldı…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets