Sən elə bir vaxtda rast gəldin mənə...
Sən elə bir vaxtda rast gəldin mənə,Qurumuş bulağam, bulanmış suyam...Sən elə bir vaxtda rast gəldin mənə,Oxunmuş nəğməyəm, çalınmış toyam.
Nə gücüm çatdı ki, səndən yapışım,Nə gücüm çatdı ki, səndən qaçam mən...Nə odum oldu ki, yanam, alışam,Nə sehrim oldu ki, cavannaşam mən...
Sən elə bir vaxtda rast gəldin mənə,Ömrün payız vaxtı, xəzəl çağıydı...Sən elə bir vaxtda rast gəldin mənə,Sənin gəncliyinin gözəl çağıydı...
Nə deyə bildim ki, tutmaz sevdamız,Nə deyə bildim ki, tuta bizimki...Bizimdir səmada axan o ulduz,O uzaqda itən qatar bizimdir...
Sən elə bir vaxtda rast gəldin mənə,Dayanıb durmuşdum yol ayrıcında...Sən elə bir vaxtda rast gəldin mənə,Bir üzüm cavandı, bir üzüm qoca...
Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol...Nə deyə bildim ki, mənə yaxın dur,Nə deyə bildim ki, məndən uzaq ol...
Sən elə bir vaxtda rast gəldin mənə,Ömrün eşq badəsi içilmiş idi...Sən elə bir vaxtda rast gəldin mənə,Mənzilimin çoxu keçilmiş idi...
Nə deyə bildim ki, ürəksən mənə,Nə deyə bildim ki, ürək deyilsən...Nə deyə bildim ki, gərəksən mənə,Nə deyə bildim ki, gərək deyilsən...
Sən elə bir vaxtda rast gəldin mənə,Bu necə fəsildi, necə vaxt idi...Sən bir vaxtda rast gəldin mənə,Bu necə taleydi, necə bəxt idi...
Nə deyə bildim ki, pənahsızam mən,Nə deyə bildim ki, pənah məndədir...Nə deyə bildim ki, günahsızam mən,Nə deyə bildim ki, günah məndədir...
Sən elə bir vaxtda rast gəldin mənə,Özüm öz halıma gülmək istədim...Sən elə bir vaxtda rast gəldin mənə,Təzədən dünyaya gəlmək istədim...
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-sen-ele-bir-vaxtda-rast-geldin-mene
Use ← → keys to move, R for a random poem
More by this author
Mən şairlər tanıram, baş əyməyir bir kəsə,Amma ki, bizimkilər heç onlara bənzəməz...
Görməyirsən, dağlar necə ağlayır...Bahar günlərində dostum Əbülhəsən, sehrkar qarmonçu Aftandil, Xızı mahalının onlarlabərbad olmuş qədim yurd yerlərindən biri – Xanagə kəndini ziyarətə getdik... Gördüklərimiz uçuq
Neçə təzə şair gələr bu dünyaya...Sal qayayam, yoğrulmuşam qüdrət ilə,Heç bir rüzgar bu səfimi yara bilməz.
Yaltaqdan şair olmazYaltaqdan «şair» olar,Şairdən yaltaqdan olmaz,
Poems by other poets
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,