Mən şairlər tanıram, baş əyməyir bir kəsə,Amma ki, bizimkilər heç onlara bənzəməz...Balaca zaman dönə, balaca külək əsə,Sürətlə dəyişirlər, başlanır bir bəhsə-bəhs...Belələri nə cürə qələm tutur görəsən,Belələri xudaya, necə şer yazır bəs?

Mən böyüklər tanıram, xalqının cəfakeşi,Amma ki, bizimkilər heç onlara bənzəməz...Vəzifəyə keçdimi elin gözünü deşər,Sorar nə ki, qanı var, qoymaz ki, alsın nəfəs,Çapıb, yemək, talamaq olar amalı, işi,Altına dollar yığar, qarajına «Mersedes».

Mən milyoner tanıram Tağıyev tək bir düha,İndi milyarderlər də o kişiyə bənzəməz...Kimə azca əl tuta edəcək reklam, şüar,Bu da bir cürə azar, bu da bir cürə mərəz...Bilməm daha nə deyim, bilməm nə yazım daha,İnciməyin sözümdən kamil deyilik qərəz...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland