Görməyirsən, dağlar necə ağlayır...
Bahar günlərində dostum Əbülhəsən, sehrkar qarmonçu Aftandil, Xızı mahalının onlarlabərbad olmuş qədim yurd yerlərindən biri – Xanagə kəndini ziyarətə getdik... Gördüklərimiz uçuqevlər idi, gözəl bahar idi, ulu günəş idi, bir də bu yerləri qoyub gedən babaların nəvə-nəticələri bizidik, bir də bizimlə həsrətimiz, xəcalətimiz idi. Aftandil hündür bir çay daşı tapıb üstündə oturdu,üzünü xarabəliklərə tutub qarmonunu səsləndirməyə başladı. Ölüm sükunətinə qərb olmuş bu aləmelə birdən-birə cana gəldi. Elə bir əfsanələr içinə düşdüm. Axı uzun-uzun dövrlərdən sonra ilk dəfəidi burada qarmon səslənirdi. Özü də səslənən adi qarmon deyil, Aftandilin qarmonu idi. Buheyrətəmiz duyğular içində mən də bu sətirləri oxumağa başladım:
Yenə gördüm bu xaraba yerləri,
Yenə mənim şair könlüm talandı.Çal qarmonu, nalə çəksin dilləri,Çal Aftandil, çal qardaşım, amandı...Çal, həsrətin bəlkə gözü ovula,Bu qəflətdən yurd yerləri oyana...İblis sükut bəlkə burdan qovula,Çal qardaşım, hay verirəm hayına...Görməyirsən dağlar necə ağlayır,Uşaq kimi kövrəlirlər məzarlar...Bu yolları kimlər belə bağladı,Bu torpağı kimlər saldı nəzərdən...«Vağzalı» çal, əlli ildir, yüz ildir,Bir yol gəlin gəlməyibdir bu kəndə...Çal, bəlkə də Novruz baban dirildi,Səda çıxdı bəlkə Xanım nənəmdən...Çal, tükləri biz-biz durur adamın,Çal, açılar bəlkə bağlı qapılar?..Çal, bəlkə də cavan ölmüş atamınİtib-batmış məzar yeri tapıla?..Harda qaldı bu yerlərin ərləri,Necə oldu bu kəndləri salanlar?Çal, Aftandil, qəlbim qübar eyləyir,Ovunuram qarmonunu çalanda...Çal, yerin də qulağı var, qulağı,O da bizi eşidəcək axırda...Əcdadların ruhu qalxıb ayağa,Sanki bizə küskün-küskün baxırlar...Xəcalətik soyumuzun yanında,Tək qoymuşuq bu yerlərdə onları...Babaların qanı axır qanında,Görmürsən ki, necə çəkir qan qanı?..Görmürsən ki, məzarıstan qaynayır,Qəbirlərin bizə baxır gözləri?..Xərabələr yallı gedir, oynayır,Göyə qalxır nalələri, tozları...Görmürsən ki, kövrəlibdir sal qaya,Həsrətində nə iz qalıb, nə əsər...Sən o qara qarğaya bax, qarğaya,Necə durub qulaq asır bu səsə?..İtib-batmış cığırlar da dirildi,Bulaqlardan birdən qalxdı lap zilə...Canavarlar yuvasına giribdir,Tülküyün unudubdur tülkülər...Çal, qardaşım, birdə, birdə çal onu,Elə bil ki, möcüzə var dilində...Mənim şerim, sənində ki, qarmonun,Bəlkə ölmüş bu yerləri dirildə.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-gormeyirsen-daglar-nece-aglayir
Use ← → keys to move, R for a random poem
More by this author
Səsin qulağımda, adın dilimdə,Gəzdim Mərdakanı, İbrahim dayı.
İblis təklik, gözəl təklik…Bütün aləm öz gücündə, işində,Mən qalmışam tənhalığın əlində.
Adım gəldi bu dünyayaYığırdım ömür köçümü,Adım gəldi bu dünyaya.
Sən elə bir vaxtda rast gəldin mənə...Sən elə bir vaxtda rast gəldin mənə,Qurumuş bulağam, bulanmış suyam...
Poems by other poets
Həmişə şam kimi sərfi-piçü tab oldum,Zəmanə hər kimi yandırdı — mən kəbab oldum.
BakılıDünyaya tanıtdı AzərbaycanıBakının şöhrəti, Bakının şanı.
Mənalı gülüşSabit Rəhmana*Şirin gülüşlərlə gəl güldür bizi,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,