Səhraya düşdüm tilbə-rab gögə yetişdi nalişim,Qaldı tikanlar üstünə hər pareyi-pirahənim.

Sənsiz məni-bixabü xər, bir laləyəm xunincigər,Bağrımda hər yan dağlar, qandan ləbaləb damənim.Ölsəm mən zarü zəbun, hər yer kim, andə qərği-xun,Bitsə giyahi-laləgun oldur nişani-türbətim.

Ol şəm’inin sevdasidən, pərvanəyəm pərvasidən,Əqlü xirəd qovqasidən, meyxanə buldu mə, mənim!

Ey dilbəri-tuti-xuram, lə’li-ləbin yaquti-xam,Söz oldu ağzından tamam, gör bu kəlami-əhsənim.

Könlüm sənə yalvarəsi, kuyi-ğəmim avarəsi,Bilmən ki, bu qan parəsi, cana, sənindir ya mənim.

Hicrində artdı möhnətim, ey Kişvəri, gör vəhdətim,Dəşti-fənadır xəlvətim, kuyi-məlamət məskənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love