A bəy, nə gəzirsən hallı-havalı,Süleyman mülkünün yiyəsi kimi?Nədəndir yaxşının başın kəsməyəHazırsan xəncərin tiyəsi kimi?!

Güvənmə sən dövlətinə, varına,Lənət olsun qeyrətinə, arına.Haqdan zəfər dəysin bürcü-barına,Lüt qalginən palaz iynəsi kimi.

Ağladım doyunca, gülmədim haşa,Bir ah çəksəm, dağlar gələr baş-başa.Bəsti deyər: səni də düş ataşa,Yan novruz şamının piltəsi kimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets