Könül verib sevdiyimi,Hamıdan başda istərəm.Dörd yanında ağ sürüsü,Qənşərdə, döşdə istərəm.Alı kimi igid ola,Cəngi-savaşda istərəm.Qisas ala zalımlardan,Onu hər işdə istərəm.Atışmada güllə dəyər,Kəkliyi daşda istərəm.Bəsti, qoy yansın bu canım,Odda-atəşdə istərəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets