Başına döndüyüm, a Şirvan əhli
Başına döndüyüm, a Şirvan əhli,Nə şəhər əhliyəm, nə də kənd əhli.Qəfil məni bir dilbilməz ovladı,Gecə-gündüz başı müsibətdəyəm.
Sinəmə ox dəyib, yaram ağrıyır,Təbiblər bilməyir haram ağrıyır,Taqətim yoxdur ki, duram yeriyəm,Gör nə sevdalıyam, Məcnun dərdliyəm.
Görmüşəm, sevmişəm, olmuşam bihal,Atam Mustafadır, öz adım Bilal,Yediyim-içdiyim olubdur halal,Soruşsaz əslimi, mən qəşədliyəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-mirze-bilal-basina-donduyum-a-sirvan-ehli
Use ← → keys to move, R for a random poem