Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.

Yeddi xətt səbal-məşani həm aləl-ərş-istiva,Safhada tərkim olunmuş aləmə virdi cəvab.

Kabə qövseyni-ev ədna sirri-sübhan anlayıp,Gördüm ol dəftərdə səbt olunmuş bakur qıldım tarab.

Yeri gögi arş u kürsi hər nə kim aləmdə var,Xoş musəvvər eyləmiş bir safhada ali-cənab.

La-yemessuhu illəl-mutahhar ayətin fəhm etməyən,Oxusa bu safhayı daim olur əhli-əzab.

İsmi-zatın mənasıdır safha-i XənnanımızBilməmiş bu mənayı başına gəzmiş hər zühab.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Həqiqi aşiqə məşuq halın söyləgil,Qalmadı bir söz dəxi vallahi aləm biş-səvab.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love