Bir duasi qəbul olan dərvişSaldı Bağdad şəhrinə təşviş.Hər nə hacətçün eyləsəydi dua,O duani qəbul edərdi xuda.Onu həccac eylədi ehzar,Dedi: – Qıl bir duayi-xeyr izhar.Əl götürdi, dedi: Xudavənda,Cismdən canını sən eylə cüda!Dedi Həccac: – Ey məlaikxu,Səni tari, nə bəd duadır bu?Dedi: – Bu bir duayi-əhsəndir,Həm sənə, həm bizə mühəssəndir.Sən ölüb etməsən günahi-ziyad,Sitəmindən cahan olur azad.Nə gərəkdir sənə bu təxtü bu tac –Ki, olub payimal hər möhtac.Mərdümazarlıq yaman işdir,Belə qalmaqdan ölməyin xoşdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love