İstədim çarə xətin bu dili-sədparə üçün,Dedi mərhəm kim edib müşki, görək, yarə üçün?

Qasid, ol mahi-təmamım şəbi-hicran qəminəNə sərəncam eləyirdi bu günüqarə üçün?

Həzrəti-Nuhi-Nəci nəxleyi-Tubanı kəsib,Sənə, ey tifl, gərəkdir yona kəhvarə üçün.

Tövbə verdi mənə meydən qəsəm ilə vaiz,Payladım badə alıb mən dəxi kəffarə üçün.

Maqta — the closing couplet bearing the poet’s pen name. Səni gördükdə səri-rahdə, həqdən SeyyidYüz göz istər, gözəlim, hüsnüvə nəzzarə üçün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern