Mən eylə bilirdim ki, mənə yar olacaqsan
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Mən eylə bilirdim ki, mənə yar olacaqsan,Aləmdə mənə yari-vəfadar olacaqsan.
Man eylə xəyal etmiş idim ey güli-rəna,Sərbəstə olan qəmlərə qəmxar olacaqsan.
Əvvəl eləyib mehrü məhəbbət mənə, axırMəndən, nə bilim ki, belə bizar olacaqsan.
Rövşən elədim şəmi-cəmalın, nə bilim ki,Əğyarə-gedib şəmi-şəbi-tar olacaqsan.
Dil verməz idim mən sənə, ey yari-dilazar,Bilsəydim əgər beylə dilazar olacaqsan.
Sərməst meyi-hüsnü səfasən hələ, ey gül,Ol vəqt ki, hüsnün gedə huşyar olacaqsan.
Məğrursən, ey gül, xəbərin yoxdur özündən,Əyyami-xəzan gəlsə xəbərdar olacaqsan.
Bir vəqt olacaqdır ki, sən, ey Yusifi-sani,Üşşaqi-siyəhbəxtə xəridar olacaqsan
Maqta — the closing couplet bearing the poet’s pen name. Xar eylədi ol gül səni əğyar yanında,Seyyid, hələ bundan dəxi sən xar olacaqsan.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-men-eyle-bilirdim-ki-mene-yar-olacaqsan
Use ← → keys to move, R for a random poem
More by this author
Bir şəxs mədyun olub xəbti-dimağ eləmişdi. Buna görə peyğəm-bərlik iddəası elədi. Onu padşah ehzar edib ki, belə məsmu oldu ki,
Dəllək və xacəBir dəllək bir xacənin başın təraş qılırdı. Dəlləyin əli titrəyib bircüzi onun başından məcruh elədi. Xacə fəryad elədi: – Ey usta, başımı
Padşah və zərifBir zərifdən bir günah sadir olmuşdu. Padşah hökm elədi ki, onunburnunu deşib, bir ip taxıb küçə və bazarı dolandırsınlar. Zərif ərz
Ərəb və naqəBir ərabinin on dəvəsi var idi. Birinə süvar olub doqquzunqabağına salıb gedirdi. Dəvələrin saydı gördü ki, doqquzdur. Amma
Poems by other poets · Love
Əndüh-bəla artdı gənə qəhri-qəzadən,Qəm-qüssə çəkib ləşkərini gəldi havadən,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.