Şükr, ey dil, gəlir ol mah bizim sarı bu gün
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Şükr, ey dil, gəlir ol mah bizim sarı bu gün,Gör doyunca rüxi-canpərvərini, barı bu gün.
Qoyma getsin çıxıb, ey dil, o məhi-bimehri,Sabit et yalvarıb ol əxtəri-səyyarı bu gün.
Bu gecə mənzil elə xanəmi, ey mahliqa,Salma nöqsana bizi, getmə, səni tarı, bu gün.
Ayü gün, sabitü səyyarə təmaşayə çıxıb,Müştəridən o məhin gərmdi bazarı bu gün.
Maqta — the closing couplet bearing the poet’s pen name. Genə dünyalərə sığmaz, nə olubdur, Seyyid,Xoş baxıbdır üzünə yoxsa genə yarı bu gün.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-sukr-ey-dil-gelir-ol-mah-bizim-sari-bu-gun
Use ← → keys to move, R for a random poem
More by this author
Kim ki, meyxanəni bu dəhrdə bünyad etdi,Həqq onu şad edə kim, aləmi dilşad etdi.
Yüzdən çəkəndə naz ilə, mahım, niqabınıYüzdən çəkəndə naz ilə, mahım, niqabını,Torpaqlara fələk salır öz afitabını.
Ta düşdü dillərə qəmi-eşqin hekayətiTa düşdü dillərə qəmi-eşqin hekayəti,Divanəlikdə tutdu sözüm hər vilayəti.
Xoş ol zaman ki, qapında gədalığım var idiXoş ol zaman ki, qapında gədalığım var idi,Bu etibar ilə bir padşalığım var idi.
Poems by other poets
Nə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Ey huri liqalım, mələk simalımEy huri liqalım, mələk simalım,Gözəllikdə olmaz kimsə sən kimi!