Dün eşitdim bir siyəhzülfə giriftar olmusan,Ey mələksurət, mənim tək aşiqi-zar olmusan.

Vermisən bir səngdil dildarə nazik könlüvü,Sən məgər könlündən, ey məhparə, bizar olmusan?

Çəkmisən canan cəfasın, görmüsən hicran qəmin,Şükr-lillah, halıma, ey gül, xəbərdar olmusan.

Görmüsən ayineyi-vəchində əksi-surətin,Taqətü huşün gedib, bir nəqşi-divar olmusan.

Maqta — the closing couplet bearing the poet’s pen name. Şövqi-ləlindən onun, ey xosrovi-şirinzəban,Seyyidi-şirin-süxən tək sahibəşar olmusan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love