Ancaq o məhin zülfü nə iyman alır əldən,Ahu baxışı, qarə gözü can alır əldən.

Rüxsarın üzə tazə gələn səbzeyi-xəttin,Bir murdi kim, mülki-Süleyman alır əldən.

Zülfün götürüb əl, üzün iymanə edər qəsd,Kafər alanı indi müsəlman alır əldən.

Sərgəştə edər könlümü ol kakili-dərhəm,Cəmiyyətim ol zülfü-pərişan alır əldən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yüz saxlayasan nəqdi-dilü canüvi, Seyyid,Bir vəchlə ol novgüli-xəndan alır əldən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love