Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən,Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən.
Yığılmışdı o bəzmi-canfəzayə hurü qılmanlar,Behişti-Ədn kim derlər, onu dünyadə gördüm mən.
Xədəngi-qəmzəsindən, onların tiri-nigarındanÖzüm tək əhli-bəzmi sərbəsər üftadə gördüm mən.
Yıxıldım, huşdən getdim, tutuldu nitq, Musa təkTəcəlla nurunu çün vadiyi-Sinadə gördüm mən.
Müsəlmanzadə idim, döndüm axır bütpərəst oldum,Məhəmməd nurunu çün ol büti-zibadə gördüm mən.
Maqta — the closing couplet bearing the poet’s pen name. O bəzmi bir də, Seyyid, görmək olmaz, ağlaram hər gün,Ki guya ol büsatı dün gecə röyadə gördüm mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-kecen-seb-bir-mekanda-bir-nigari-sade-gordum-men
Use ← → keys to move, R for a random poem
More by this author
Etdim ona hər dəqiqə yüz min ixlas,Bir şişeyi-meyi-lütfü mənə olmadı xas.
Kəsdim o ləbi-ləlfəşandan rəğbətKəsdim o ləbi-ləlfəşandan rəğbət,Ol sərvi-qədü qönçə-dəhandan rəğbət.
Ey badi-səba, kuyinə yarın güzər etEy badi-səba, kuyinə yarın güzər et,Bir qeyr kəs olmasın yanında, nəzər et,
Ey qanə dönən rəşki-ləbindən yaqutEy qanə dönən rəşki-ləbindən yaqut,Öldür məni, ver ləli-ləbindən ya, qut.
Poems by other poets · Love
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
MənimDolandım cahanı həsrət, intizar,Əli kimi şahsuvarım var mənim.
Hay ötdüDəxi çıxmış gözüm görə kor,Gəlib yar ötdü, hay ötdü,
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,