Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən,Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.
Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi,Götürdü əhli-islamı bü gün xaki-məzəllətdən.
Zəbani-türk ilə agah eylər əhli-Qafqazı,Gahi tazə xəbərlərdən, gəh asari-hökumətdən.
Olub sövdəgəri-xeyr ol mükərrəm əhli-islamı,Xəbərdar eylədi hər nəfü hər kəsbü ticarətdən.
Nəsimi sübhtək feyzi olub bu aləmə sari,Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən.
Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə,Ki, verdi imperaturi-cahanpərvər ədalətdən.
Dəxi ol izn alan şəxsin bizəvacibdir ikrami,Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən.
Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid,Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən.
Maqta — the closing couplet bearing the poet’s pen name. İlahi padşahi-Rusun eylə dövlətin əfzun,Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-hezaran-sukr-kim-bir-sexsi-aliqedr-hummetden
Use ← → keys to move, R for a random poem
More by this author
Var idi bir maral çox ətşan,Gəldi bir çeşmə üstə ol heyvan.
Həmədan hakimiGəldi bir hakimi-ülüvv-məkan,Həmədan ölkəsində oldu əyan –
Həmədan kəndinin hekayəsiHəmədan ölkəsində xud əlanVardı bir qəryə, xəlqi çox nadan...
Hikmətİki aqil kəs eyləməz dəvə,Eyləməz bir-birinə büğz əsla.