Gözəlim, gül üzünə aşiq olanlar çoxdur,Şəmtək atəşi-eşqində yananlar çoxdur.

Baxma min naz ilə, incitmə məni, qorxum odurKi, düşər fitnə, bu eyhamı qananlar çoxdur.

Sanma, bir sənsən alan naz ilə can aşiqdən,Gündə yüz işvə ilə canım alanlar çoxdur.

Cənnətə, huriyü qılmana inanmazdım əzəl,Gördüm, ey gül, səni, bildim inananlar çoxdur.

İndi get, sən özünə layiq olan bülbülü tap,Gəzmə hər kəslə, sədaqətli cavanlar çoxdur.

Başqa bir aşiqi vardır, desələr aşiqinin,Baxma, biganələr içrə bu yalanlar çoxdur.

Vahid, hər bir gülün ardınca düşüb yalvarma,Yurdumuzda canalan sevgili canlar çoxdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love