Ceyranvuranlar
Ceyranı atıb vurmaq, əgərçi qadağandır,
Ceyran yatağı Mil düzüdür, bir də Muğandır.
Ceyran ovunun aşiqiyəm, çox gözəl ovdur,
Hər kəs ola çöldə, deyər, əntiqə kinodur.
Ceyran qaçır, ardınca maşınlar qovaqovdur,
Bir kimsə soruşmur, bu nə fəryadü fəğandır?
Ceyranı atıb vurma, yasaqdır, qadağandır!
İt vuruşduran, qoç döyüşdürən
Mən düşmürəm itbazlığın əsla həvəsindən,
Könlüm açılır həftədə zingilti səsindən.
Xoşdur mənə yüz yol bu bədən tərbiyəsindən,
Qoçlar döyüşür, itlərin əzaları qandır,
Bir kimsə soruşmur, bu nə fəryadü-fəğandır?
Balıq oğruları
Dəryaça olub indi Sarayda yekə şorluq,
Salsın Masazır kəndi badımcan, pamadorluq,
Çəkməz sudan ötrü Bakı bundan sora korluq,
Dəryaça balıqlar yetirir, gəl bunu qandır,
Qoy nəsli çoxalsın, onu tutmaq qadağandır!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-ceyranvuranlar
Use ← → keys to move, R for a random poem
More by this author
Yaşamaz aşiq olan dövlət ilə cahə görə,Can fəda eyləmə, mehri yox olan mahə görə.
Qaçdı səhralərə Məcnun, demə Leylayə görə!Qaçdı səhralərə Məcnun, demə Leylayə görə!Eşqə duşmuş o da bir başqa müəmmayə görə.
Hər kim məhəbbət əhlini salmış əziyyətəHər kim məhəbbət əhlini salmış əziyyətə,Yox özgə qarğışım ona, düşsün məhəbbətə!
Töküb çin-çin siyəh zülfün nigarım məhcəmal üstə.Töküb çin-çin siyəh zülfün nigarım məhcəmal üstə.Sanırsan sayə salmış əbri-zülmətdir hilal üstə.
Poems by other poets · Satire
Çün yoxdu pulun ətləsə, dibayə, qumaşə,Çün çatmır əlin küftəyə, bozbaşa və aşə,
İFTARDAN BİR GÖFTAR,YA MƏCMUƏDƏN BİR LÖQMƏAtmış niqabi-hüsnin məcmuəyi-təvangər,Məcmuədə düzülmüş eyzən xuruş sərasər,
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
Təbibləri həcvMehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,