Eşqin tamam nəşəsi divanəlikdədir,Meyxanənin məlahəti məstanəlikdədir.

Cahillər ilə arifin olmaz əlaqəsi,Hal əhlinin təkamülü fərzanəlikdədir.

Ləlin xəyali könlümə dolsa, əcəb deyil,Gizlin xəzinənin çoxu viranəlikdədir.

Yetməz vəfası axirə namərd olanların,Şəxsin bütün dəyanəti mərdanəlikdədir.

Vahid, əgərçi sənətə qiymət verirsə xalq,Şerin də qədrü qiyməti dürdanəlikdədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love